Dünya
Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
Əfqanıstanda Baqram hərbi aviasiya bazası ərazisində Gürcüstan Silahlı Qüvvələrinin üç hərbçisi yaralanıb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, hərbçilər yüngül yara alıblar və hərbi bazanın xəstəxanasına yerləşdiriliblər. Sülhməramlıların vəziyyəti sabitdir və həyatları təhlükədə deyil.
Qeyd edək ki, gürcü hərbçilərindən ibarət batalyon Əfqanıstanda ABŞ-ın "Qəti dəstək" adlı missiyasını həyata keçirir. Batalyonun əsas vəzifəsi Baqram aviasiya bazasının təhlükəsizliyini təmin etməkdir.
XalqTV.com
RƏYLƏR