İqtisadiyyat
Azərbaycan "premium klass" mühərrik yağlarının istehsalına başlayır
Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək Texnologiyalar Parkı"nın rezidenti "Millers Oils Azerbaijan" MMC noyabrın 23-də "premium klass" tipli mühərrik yağlarının istehsalına başlaması münasibətilə təqdimat keçirəcək.
XalqTV.com Trend-ə istinadən bildirir ki, "Millers Oils Azerbaijan"ın istehsalat gücü hazır vəziyyətə gətirilib və istehsalat prosesi təqdimatdan sonra başlayacaq.
Qeyd edək ki, hazırda "Yüksək Texnologiyalar Parkı" Təcrübə-sənaye zavodunun sürtkü yağlarını Türkiyə və Gürcüstana ixrac edir. Planlara bu məhsulun Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı da daxildir.
XalqTV.com
RƏYLƏR