Siyasət

The Washington Times: "ABŞ qanunsuz rejimi deyil, həqiqi müttəfiqləri maliyyələşdirməlidir"

  • 22 Nov 2017
  • 327 baxış

ABŞ digər dövlətlərin vassalı olmayan həqiqi müttəfiqləri maliyyələşdirməlidir.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu, "Jewish News Service" qəzetinin keçmiş baş redaktoru Ceykob Kamarasın "The Washington Times" qəzetində dərc olunan "Dağlıq Qarabağa görə mənəvi oriyentirlərin itirilməsi" məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, Amerika hökumətinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qeyri-qanuni rejimə maliyyə yardımı göstərməsi ABŞ-ın rəsmi xarici siyasətinə uyğun deyil.

Müəllif vurğulayır ki, Azərbaycanın ərazi bütövlüyünün həqiqətən dəstəklənməsi ABŞ tərəfdən Dağlıq Qarabağdakı qeyri-qanuni rejimə maliyyə yardımının dayandırılmasını da şərtləndirməlidir.

C.Kamaras məqaləsində onu da qeyd edir ki, Ermənistan faktiki olaraq üçüncü dövlətin vassalıdır, amma buna baxmayaraq amerikalı vergi ödəyicilərinin pullarını istifadə etməkdə davam edir:

"Amerika digər dövlətlərin vassalı olmayan həqiqi müttəfiqləri maliyyələşdirməlidir. Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimə maliyyə yardımının dayandırılması bütün dünyaya adekvat ismarıc olardı".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR