idman
Stolüstü tennis yığmamız da qızıl medal uğrunda yarışacaq
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis turniri davam edir.
XalqTV.com Trend-ə istinadən bildirir ki, qadın idmançılardan ibarət yığmamız yarımfinalda Pakistan komandası ilə qarşılaşıb.
Daha dəqiq oynayan təmsilçilərimiz qızıl medal uğrunda mübarizəni davam etdirəcəklər - 3:0.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
RƏYLƏR