Siyasət
İstanbulda QDİƏT xarici işlər nazirləri şurasının iclası keçirilir
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının iclası işə başlayıb.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.
İclası Türkiyə baş nazirinin müavini Toğrul Türkeş açıb. Sonra QDİƏT-in baş katibi Maykl Kristidesin çıxışı dinlənilib. İclasda QDİƏT-nin ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur.
Qeyd edək ki, mayın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr olunan Zirvə toplantısı keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək toplantıda Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.
XalqTV.com
RƏYLƏR