idman
Bakı-2017: 3X3 basketbol yığmamız finala doğru
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol turniri davam edir.
XalqTV.com Trend-ə istinadən bildirir ki, qadın basketbolçulardan ibarət millimiz 1/4 finalda İndoneziya yığması ilə qarşılaşıb.
Daha yaxşı oyun nümayiş etdirən komandamız yarımfinala yüksəlib -20:9. Bu mərhələdə yığmamızın rəqibi Türkiyə olacaq.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
RƏYLƏR