İqtisadiyyat

Baş bankirdən MANAT AÇIQLAMASI

  • 21 Nov 2017
  • 328 baxış

Gələcəkdə manatın məzənnəsinin möhkəmləndirilməsi bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, ilin əvvəlindən Azərbaycan manatı 4 faiz, fevralın sonundan isə 11,5 faiz möhkəmlənib:

"Son 9 ayda manat sonrakı artımın təzyiqi altında olub. Lakin bu, bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər. Bu, mikroiqtisadi baxımdan investisiyaların rəqabət qabiliyyətliyini və yeni ixrac istiqamətlərini destimullaşdıra və azalda bilər. Makroiqtisadi baxımdan isə tədiyə balansının pisləşməsinə və idxalın artmasına gətirib çıxara bilər".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR