Siyasət
Əsəd: "Rusiyanın sayəsində Suriya xilas oldu"
Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, B.Əsəd Rusiyada işgüzar səfərdədir.
RF lideri Suriyanın dövlət başçısını terrorizmlə uğurlu mübarizə münasibətilə təbrik edib.
Cavabında B.Əsəd vurğulayıb ki, Rusiyanın sayəsində Suriya dövlət kimi xilas oldu: "Suriyanın bir çox rayonları terrorçulardan azad edildi, suriyalılar bu ərazilərə qayıda bildi".
V.Putin ümidvar olduğunu bildirib ki, tezliklə Suriyada terrorizmlə mübarizəyə yekun nöqtə qoyulacaq: "Uğurlara baxmayaraq, münaqişə ocaqları hələ də yarana bilər".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR