idman

"Çelsi" futbolçuları Bakıya yola düşüblər - FOTO

  • 21 Nov 2017
  • 226 baxış

İngiltərənin "Çelsi" klubunun futbolçuları Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" a qarşı keçiriləcək oyun üçün Londondan Bakıya yola düşüblər.

XalqTV.com oxu.az-ın xəbərinə görə, təyyarə yerli vaxtla saat 03:00-da Azərbaycanın paytaxtında eniş edəcək.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.

Görüş portuqaliyalı hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın referisi Manuel De Sousa olacaq. Ona Alvaro MesquitaRikardo Santos yardım edəcəklər. Fabio Verissimo ilə Luis Migel Branko Godinyo baş hakimin əlavə köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.

Həmçinin qeyd olunur ki, "Qarabağ" - "Çelsi" oyununa artıq bütün biletlər satılıb.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR