Dünya

ABŞ Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib

  • 21 Nov 2017
  • 266 baxış

Rəsmi Vaşinqton Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə edib

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Bu, Şimali Koreyaya qarşı daha çox sanksiyaların tətbiqinə səbəb olacaq", deyə Tramp bildirib.
 
Qeyd edək ki, 2008-ci ildə ABŞ Dövlət Departamenti Şimali Koreyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb.
 
Beləliklə, hazırda terrorizmi dəstəkləyən dövlətlər siyahısında 4 ölkənin adı var: İran, Sudan, Suriya və Şimali Koreya. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR