Dünya

Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi istefa verib

  • 20 Nov 2017
  • 293 baxış

Suriya müxalifətinin liderlərindən biri, ölkənin sabiq baş naziri Riyad Hicab Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi vəzifəsindən istefa verib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" telekanalı xəbər verib.

Riyad Hicabın istefası bir neçə gündən sonra Ər-Riyadda müxalifətin keçirəcəyi görüş ərəfəsində baş tutub. Görüş Cenevrədə BMT himayəsi altında keçirilən danışıqların iştirakçılarının müəyyənləşdirilməsinə yönəlib. Səudiyyə Ərəbistanı paytaxtında görüş noyabrın 22-24-ə planlaşdırılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR