idman

AIBA prezidenti istefa verdi

  • 20 Nov 2017
  • 249 baxış

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidenti Çinq-Kuo Vu istefa verib.

XalqTV.com report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Bu qərarı boksa olan sevgimə görə verdim. Qurum və boksun xeyirinə bu addımı atıram", - 71 yaşlı tayvanlı funksioner istefasına bu cür şərh verib.

Qeyd edək ki, bir müddət əvvək AIBA-nın İntizam Komitəsi Çinq-Kuo Vunu postundan kənarlaşdırıb. Qurum rəhbərinin vəzifələrini müvəqqəti olaraq vitse-prezident Franko Falçinelli yerinə yetirirdi. Vu 2006-cı ildə pakistanlı Ənvər Çaudrini əvəzləmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR