idman

"Qarabağ" - "Çelsi" matçının hakimləri açıqlandı

  • 20 Nov 2017
  • 243 baxış

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" matçının hakimləri açıqlanıb.

XalqTV.com yenicag.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq oyun potuqaliyalı hakimlər briqadasına həvalə olunub.

Qarşılaşmanın baş hakimi Manuel De Sousa olacaq. Ona bu işdə Alvaro MesquitaRikardo Santos yardım edəcəklər. Fabio Verissimo ilə Luis Migel Branko Godinyo baş hakimin əlavə köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını isə Nuno Pereira yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 22-də, saat 21:00-da başlayacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR