Dünya

Məmmədyarov: "Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır"

  • 20 Nov 2017
  • 257 baxış

Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir vurğulayıb ki, bu, asan məsələ deyil: "Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir".

Azərbaycan XİN rəhəbri əlav edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR