Dünya

Olimpiya çempionu evində ölü tapıldı

  • 07 May 2017
  • 235 baxış

2010-cu ildə bobsley üzrə olimpiya çempionu adını qazanan amerikalı Stiven Holkomb ABŞ yığmasının Leyk- Plesid şəhərindəki (Nyu-York ştatı) Olimpiya Hazırlıq Mərkəzindəki öz otağında ölü tapılıb.

XalqTV.com goal.az-a istinadən verir ki, bu barədə ABŞ-ın Olimpiya Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib. Otuz yeddi yaşlı idmançının hansı səbəbdən öldüyü barədə, hələ ki, məlumat verilmir.

Holkomb olimpiya çempionu adını Vankuverdə qazanıb. O, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında isə iki bürünc medal qazanmağa müvəffəq olub. Həmçinin onun aktivində dünya çempionatlarının 5 qızıl və 5 bürünc medalı var.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR