idman
Millimiz gürcülərdən üstün oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
XalqTV.com goal.az-ın məlumatına görə, komandamız Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ikinci matçda qüvvəsini sınayıb.
Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR