Siyasət
Novruz Məmmədov: "Azərbaycan gələcəkdə ABŞ-la parlaq əməkdaşlığa ümid edir"
Azərbaycan gələcəkdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə parlaq əməkdaşlığa ümid edir.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Vaşinqton Tayms" qəzetində dərc olunmuş məqaləsində deyib.
N.Məmmədov bildirib ki, Azərbaycan artıq uzun müddətdir ki, ABŞ-ın tərəfdaşıdır.
Prezident köməkçisi vurğulayıb: "Müstəqilliyimizi əldə etdiyimiz andan 26 il ərzində Azərbaycan ABŞ-la daim dostluq münasibətlərinə doğru irəliləyib".
N.Məmmədov qeyd edib ki, ikitərəfli münasibətlər qarşılıqlı hörmət və bir neçə əsas faydalı sahələrin üzərində möhkəmlənib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR