idman
"Barselona" klub rekordunu təkrarladı
İspaniya Primerasının 12-ci turunda "Leganes"ə səfərdə 3 cavabsız qolla qalib gələn "Barselona" turnir cədvəlində liderliyini davam etdirir. Növbəti "quru oyun" katalonlara klub rekordunu yeniləmək imkanı yaradıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Barselona" La Liqanın ilk 12 oyununda qapısında cəmi 4 top buraxmaqla buna nail olub. Mark Andre-Ter Şteqen isə çempionatda 8-ci dəfə qapısıını toxunulmaz saxlamağa nail olub.
La Liqa tarixində ilk 12 oyunda qapısından ən az qol buraxan komanda "Atletiko"dur. Madrid klubu 1995-ci ildə 12 həftədən sonra 3 dəfə meydana mərkəzdən başlamalı olmuşdu.
XalqTV.com
RƏYLƏR