"Səbəbini özüm də bilmirəm, amma nikbin düşünürəm"
İtaliya A Seriyasının 13-cü turunda "Napoli"nin qonağı olan "Milan" 1:2 hesablı məğlubiyyətlə barışmalı olub. Bununla da "rossoneri" turnir cədvəlinin ilk 6 pilləsində qərarlaşan bütün komandalara ilk dövrədə uduzmuş olub. Rəqib qapılarına 4 qol vuran "Milan" öz qapısından 15-ni buraxıb. Montellanın komandası "Lazio" (1:4), "Sampdoria (0:2), "Roma" (0:2), "İnter" (2:3), "Yuventus"la (0:2) bacara bilməsə də, gənc mütəxəsis nikbinliyini itirmir. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Montella bunları deyib:
"Biz xarakter göstərdik, oyunumuzda irəliləyiş var. Mənə göstərdiyi dəstək və etibara görə klub rəhbərliyinə təşəkkür edirəm. Qarşıdakı oyunlar daha asan olacaq. Səbəbini özüm də bilmirəm, amma nikbin düşünürəm. Güman edirəm ki, mövsümün ən çətin perdionu geridə qoyduq. Eyni zamanda bizdən irəlidə gedən komandaların əvvəlki tempi qoruya bilmədiklərini müşahidə edirəm. Əvvəlki kimi inanıram ki, futbolçular daha da artırıb yaxşı nəticələr qazanacaqlar".
XalqTV.com