idman

"Bavariya" 3000-i keçdi, Haynkes rekorda yaxınlaşır

  • 20 Nov 2017
  • 231 baxış

Bundesliqanın son illərdə dəyişməz çempionu "Bavariya" 12-ci turda "Augsburg"u 3:0 hesabı ilə məğlub edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Münhen klubu 1965-ci ildən Bundesliqada toplanan xalların sayına görə 3000 həddini keçib (3001 xal). Bu nəticəyə çatmaq üçün "Bavariya" 1784 oyun keçirib. "Bavariya"nı "Borussia dortmund" (2314 xal) və "Verder" (2285 xal) izləyir. Münhen təmsilçisinin baş məşqçisi Yupp Haynkes klubun sükanı arxasında 500-cü xalını qazanıb. O, burda futbolçu kimi 174, məşqçi kimi 326 qələbə görüb. Otto Rehaqel (457) və Feliks Maqat (391) Haynkesdən geri qalır.

Qeyd edək ki, Haynkesin komandası Bundesliqada ardıcıl 30 oyundur məğlubiyyət nə olduğunu bilmir. Təcrübəli mütəxəssisi yalnız Yurqen Klopp (31 oyun) və Ernst Happel (36 oyun) qabaqlayır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR