idman
Mourinyonun müqaviləsində rekord buraxılış qiyməti
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun yayda PSG-nin sükanı arxasına keçmək ehtimalı istisna edilmir. Onun agenti Jorje Mendeş Paris klubunun bossları ilə yaxşı münasibətə malikdir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 2018-ci il iyunun 30-a kimi müqaviləsi olan Mourinyonun buraxılış qiyməti 20 milyon funtdur. Bu məbləğ məşqçilər arasında rekord sayıla bilər. "Qırmızı şeytanlar" portuqal mütəxəssisin müqaviləsini avtomatik 1 il uzatmaq və ya yeni anlaşma təklif etmək hüququna da malikdir. Klub rəhbərliyi ona 13 milyon funt illik məvaciblə 5 illik müqavilə təklif etmək niyyətindədir.
XalqTV.com
RƏYLƏR