Dünya
Yeni Kaledoniya sahillərində daha bir güclü zəlzələ baş verib
Fransaya məxsus olan və Sakit okeanda yerləşən Yeni Kaledoniya adası sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, yeraltı təkanların episentri Tadin şəhərindən 67 km şərqdə, ocağı 20 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 09.35 radələrində Yeni Kaledoniya sahillərində 6,7 maqntudalı zəlzələ baş verib.
XalqTV.com
RƏYLƏR