idman
"Zaman keçir, mən dəyişmirəm"
"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç zədə səbəbindən 7 aylıq fasilədən sonra "Nyukasl Yunayted"lə oyunda (4:1) meydana çıxıb. İsveçli forvard 77-ci dəqiqədə Antoni Marsialı əvəzləyib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, matçdan sonra isveçli ulduz bunları deyib:
"Yenidən meydana çıxmaq xüsusi bir hissdir. Zaman keçir, mən dəyişmirəm. Heç narahat deyildim, çox məşq etmişdim. Başla oynayıram, dizimə isə nəzarət etməliyəm. Yenidən qayıtmamaq ehtimalı məni qorxutmurdu. Aslanlar qüvvəsini insanlar kimi bərpa etməz".
XalqTV.com
RƏYLƏR