idman
"Real"ın şok transfer planı: 200 milyonluq futbolçular...
Bu yay Kilian Mbappe transferində PSJ-yə uduzan "Real"ın yeni planları üzə çıxıb.
XalqTV.com fanat.az-a istinadən xəbər verir ki, "Kral Klubu"nun "Tottenhem"in iki ulduzunu heyətinə qatmaq üçün hərəkətə keçdiyi deyilir.
"Real"ın hədəfindəki ulduzlar Harri Keyn və Delli Allidi. "Tottenhem"in bu futbolçuların hər birini 100 milyon avrodan aşağı qiymətə satmayacağı bəllidi. Madrid klubu isə onlar üçün 200 milyon avrodan artıq büdcə ayırıb. Klub prezidenti Florentino Peres nəyin bahasına olursa-olsun onların transferini həll etmək niyyətindədi.
XalqTV.com
RƏYLƏR