Siyasət
Olland səs verdi
Fransa prezidenti Fransua Olland seçki məntəqələri açıldıqdan iki saat sonra ikinci tur səsverməsində iştirak edib.
XalqTV.com musavat.com-a istinadən xəbər verir ki, dövlət başçısı səsverməyə yaxşı əhval-ruhiyyədə gəlib.
O, səsvermədə iştirak edən seçicilər ilə görüşüb və şəkil çəkdirib. Bildirilir ki, Olland səsvermə kabinəsindən çıxdıqda bir qadın ona gül verib, o da gülü özünü müşayiət edənlərdən birinə ötürüb.
Ənənəvi olaraq, Olland ölkənin cənub-qərbində yerləşən Tyul şəhərində səs verib.
Qeyd edək ki, Fransua Olland 2001-2008-ci illərdə bu şəhərin meri olub.
XalqTV.com
ŞƏRH YAZ
RƏYLƏR