SAĞLAMLIQ

Fəal həyat tərzi uşaqlarda iştahanı artırır

  • 19 Nov 2017
  • 355 baxış

Son zamanlar əksər anaların əsas şikayəti xüsusilə körpə və kiçik yaşlı uşaqların iştahasız olması və ya qeyri-düzgün qidalanmasıdır.

Müasir dövrdə uşağın ananın hesab etdiyi kimi yaxşı qidalanmaması bütün ailənin gərginliyinə, ailədaxili stress və valideynlər arasında konfliktlərə səbəb olur.

XalqTV.com  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Ülviyyə Hacıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: "Bu problemi ailə pediatrın köməyi ilə həll etsə, daha yaxşı olar. Belə ki, bəzi analar övladının az və ya düzgün qidalanmamasından narahat olub, övladını məcbur yəni, "başını qataraq", bir qismi hətta cəzalandıraraq, uydurulmuş "qəhrəmanlarla" qorxudaraq yedizdirir. Bu isə problemi daha da dərinləşdirir. Belə ki, bu, uşaqda qidaya qarşı ikrah hissi yaradır və gələcəkdə nevrogen anoreksiyanın inkişafına səbəb olur. Pediatrlar isə ananın dediyi şikayətin- uşağın kəmiyyət və keyfiyyətcə düzgün qidalanmamasının həqiqətə uyğun olub-olmamasını aydınlaşdırmalı və problem olduğu təqdirdə onun səbəbini araşdırmalıdırlar. İlk növbədə uşağın fiziki inkişafının qiymətləndirilməlidir.

Uşağın iştahasızlığı fonunda-fiziki inkişafında yaşına uyğun göstəricilərdən geri qalıb-qalmaması müəyyən müayinələrlə ortaya çıxır. Fiziki inkişafı, əhval-ruhiyyəsi normal olan və başqa şikayətləri olmayan uşaqların ananın özünün istədiyi qədər təqdim etdiyi və xeyirli hesab etdiyi və uşağın sevmədiyi qidanı qəbul etməməsi problem hesab edilmir. Hər bir sağlam uşaq həyatının müəyyən dövründə az yeyir.

Uşaqlarda iştahanın zəifləməsi zamanı ortaya çıxan bir sıra xəstəliklər də var. Bu zaman valideynlər diqqətli olmalıdırlar. Bunlara kəskin infeksiyalar, mədə bağırsaq sistemi xəstəlikləri, qastroezofaqal refluks, qəbizlik, qaraciyər xəstəlikləri, metabolik/endokrin pozuntu, Zn, Fe, B12 çatışmazlığı, hipotireodizm, şəkərli diabet, Adisson xəstəliyi, sinir-psixi pozuntu, birləşdirici toxumanın sistem xəstəlikləri və bu kimi bir sıra problemlər də aid edilir.

Sağlam uşaqlarda iştahasızlığın əsas səbəbləri isə yeməkarası dövrdə süd, meyvə şirələri, şirniyyat və sairə qidalar qəbul etməsi, az hərəkətli olmasıdır. Bu səbəbdən hər bir valideyn qidalanma vaxtını uşağa uyğun seçməli, ona müxtəlif qidalar təqdim etməli, seçim hüququ verməli, istəmədiyi yeməyi süfrə başında müzakirə etməməlidir. Uşağın qida rasionuna əsasən xoşladığı və onun istədiyi miqdarda yeməyi daxil etsə, bu, daha yaxşı olar. Böyük yaşlı uşaqlarda süfrənin hazırlanması onların yeməyə olan sevgisini artırmış olar. Uşağı xoşlamadığı qidanı yeməyə məcbur etmək, yemədiyi üçün danlamaq olmaz.

Onu da qeyd edim ki, kifayət qədər təmiz havada olmaq, fəal həyat tərzi uşaqlarda iştahanı artırır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO