Zimbabve prezidenti ölkədən qaçdı - YENİLƏNİB
00:02
RİA "Novosti" yerli ZBC telekanalına istinadən xəbər yayımlayıb ki, sabah Zimbabve prezidenti Robert Muqabe ölkənin silahlı qüvvələrinin komandanlığı ilə görüş keçirəcək.
XalqTV.com virtualaz.org-a istinadən bildirir ki, bundan əvvəl verilən xəbərdə Muqabenin ölkəni tərk etdiyi bildirilirdi. Digər bir mənbəyə görə, hərbçilər istefa verməkdən boyun qaçıran prezidenti ev dustaqlığında saxlayırlar.
18.11.2017
21:49
Zimbabve prezidenti Robert Muqabe onu istefaya səsləyən nümayişlərin keçirildiyi və hakimiyyətin ordunun əlinə keçdiyi bir vaxtda ölkədən qaçıb. XalqTV.com virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşri Muqabeyə yaxın mənbəyə istinadən yazıb.
Zimbabve dövlət başçısının mühafizə xidmətinin əməkdaşı bildirib ki. Muqabenin "Mavi dam" adlı iqamətgahında hərbçilərdən başqa heç kim yoxdur.
Hazırda Muqabenin harada olması barədə məlumat yoxdur. Güman edilir ki, o, daha öncə birinci ledi Qreysin qaçdığı qonşu ölkə Namibiyada ola bilər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin