idman
Zidan Neymarın "Real"a transferi barədə: "Hər şey ola bilər"
"Real Madrid"in baş məşqçisi Zinnədin Zidan PSJ-nin hücumçusu Neymar barədə sualları cavablandırıb.
XalqTV.com xəbər verir ki, xarici KİV-lər kral klubunun braziliyali ulduzu transfer edəcəyini yazırdılar.
"Neymar çox güclü oyunçudur və bu hər kəsə məlumdur. Bizim heyətimizdə də çox güclü oyunçular var. Mən hazırda göstərdiyimiz oyuna köklənmişəm və komandada olan oyunçular barədə düşünürəm. Gələcəyə qaldıqda isə hər şey olar bilər", - Zidan deyib.
Adil Nəcəfov
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR