idman

Konte: "Azərbaycanda qrupdan çıxmaq üçün oynayacağıq"

  • 18 Nov 2017
  • 234 baxış

İngiltərə Premyer Liqasının XII turu çərçivəsində bu gün "West Bromwich"in qonağı olacaq "zadəganlar" ayın 22-də Çempionlar Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"la, noyabrın 25-də isə çempionat görüşündə səfərdə "Liverpool"la qarşılaşacaqlar.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Konte 8 gün ərzində keçirəcəkləri hər 3 matçın komanda üçün böyük önəm kəsb etdiyini deyib:

"İndiki məqamda diqqətimizi "Vest BromVich"lə görüşə yönəltmişik. Amma təkcə bu oyun yox, 8 gün ərzində keçirəcəyimiz hər 3 matça hazırlaşmalıyıq. "Vest Bromvich"lə görüşdən sonra səfərdə "Qarabağ"la qarşılaşmalıyıq. Azərbaycandakı matçda Çempionlar Liqasının qrupundan çıxmaq, növbəti mərhələyə yüksəlmək uğrunda oynayacağıq. Ardınca isə "Liverpul"la üz-üzə gələcəyik. Odur ki, hər bir oyuna tam hazır olmalıyıq".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR