"Keşlə" "Zirə"ni məğlub etdi - YENİLƏNİB
14:55
XalqTV.com bildirir ki, Azərbaycan Premyer Liqasında XII tur çərçivəsində baş tutan "Keşlə" - "Zirə" oyunu başa çatıb.
"Keşlə" - "Zirə" - 0:1
Qol: Milan Duriç, 18
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena"
-------------
11:09
Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu baş tutacaq.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ardıcıl 5 qarşılaşması 1:1 hesabı ilə başa çatan "Zirə" ilə "Keşlə" yubiley - 10-cu paytaxt derbisinə çıxacaq. Evdə oynayacaq sonuncular uğursuzluq zolağında çıxmaq iddiasındadır.
Ardıcıl 5 oyunda xal qazana bilməyən keşləlilər sonuncu pilləyə yuvarlanmaq təhlükəsi ilə üzləşibsə, qələbə seriyasını 3-ə yüksəltməyə çalışan "Zirə" zirvə üçün döyüşür.
Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan "Kəpəz"lə "Səbail"in Gəncədəki dueli son pillədən qurtulmaq uğrunda döyüş hesab olunur.
Premyer Liqa XII tur
18 noyabr (şənbə)
13:00. "Keşlə" - "Zirə"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena"
15:00. "Kəpəz" - "Səbail"
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu
1 | Qarabağ | 11 | 9 | 1 | 1 | 19-4 | 28 |
2 | Zirə | 11 | 7 | 3 | 1 | 19-8 | 24 |
3 | Qəbələ | 11 | 7 | 1 | 3 | 16-11 | 22 |
4 | Sumqayıt | 12 | 5 | 1 | 6 | 14-17 | 16 |
5 | Neftçi | 11 | 4 | 1 | 6 | 12-11 | 13 |
6 | Səbail | 10 | 3 | 0 | 7 | 6-16 | 9 |
7 | Keşlə | 11 | 2 | 2 | 7 | 8-17 | 8 |
8 | Kəpəz | 11 | 2 | 1 | 8 | 7-17 | 7 |
Bombardirlər: Mahir Mədətov ("Qarabağ"), Baqali Dabo ("Qəbələ"), Amil Yunanov ("Sumqayıt"), Riçard Qadze ("Zirə") - 5 qol
XalqTV.com