Dünya
Kollina namizədliyini verəcək - Prezident olmaq istəyir
Sabiq italyan referi Pyerluici Kollina özünü idarəetmə sahəsində də sınamaq niyyətindədir.
XalqTV.com komanda.az xəbər verir ki, Kollina İtaliya Futbol Federasiyasının prezidenti postunu tutmaq istəyir. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.
O, İtaliya Futbol Federasiyasının hazırkı prezidenti Karlo Tavekkio istefa verəcəyi təqdirdə, namizədliyini irəli sürəcək.
İtaliya yığması DÇ-2018-ə vəsiqə qazana bilməyəndən sonra Tavekkionun istefası gündəmə gəlib.
Artıq İtaliya yığmasının baş məşqçisi Campyero Ventura istefaya göndərilib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR