idman

"Atletiko" sponsorla müqaviləsini yenilədi

  • 17 Nov 2017
  • 246 baxış

"Atletiko Madrid" baş sponsoru "Plus500"lə müqaviləsinin müddətini uzadıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, yeni anlaşma 2020/21 mövsümünün sonuna kimi nəzərdə tutulub. Bu sponsorla Madrid klubu 2015-ci ildən əməkdaşlıq edir. Yeni müqaviləyə əsasən "Atletiko"nun illik qazancı 15 milyon avro təşkil edəcək. Bonuslar da nəzərdə tutulur. Qeyd edək ki, "Plus 500"dən öncə (2012-15) klubun forması üzərində "Land of Fire Azerbaijan" yazısı vardı.

"Atletiko"nun direktoru Miqel Anhel Marin: "Bu anlaşma bizi şad etdi. Biz "Plus 500"lə birlikdə beynəlxalq arenada böyüməyə davam edirik. Onlarla əməkdaşlığın bizim inkişafa təsir edəcəyinə inanırıq. Bu qurumla ortaq yol getməyə hazırıq".

"Plus 500"ün icraçı direktoru Qal Xaber: "Atletiko" kimi hörmətli klubun sponsoru olmaq bizim üçün şərəfdir. Klub 110 illik tarixində ənənələri ilə tanınıb. Avropa bizim ən böyük müştəri bazamızdır. Buna görə Madrid klubu bizə çox münasib əməkdaşdır. Onların uğura çatmaq ehtirasını dəstəkləyirik".

"Plus 500" 2008-ci ildə təsis olunub. Şirkət onlayn ticarət, səhmlər marketinqi ilə məşğul olur.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR