idman
Aquero "Lester"ə qarşı oynayacaq?
"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasının 12-ci turunda "Lester"ə qarşı matçda oynaya biləcək.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, həkimlər onun sözügedən matçda iştirak etməsinə icazə veriblər.
Qeyd edək ki, Argentina millisinin hücumçusu Serxio Aqueronun Nigeriya ilə yoxlama görüşündə fasilə zamanı ürəyi getmişdi. O, dərhal xəstəxanaya yerləşdirilmişdi.
Əlavə edək ki, "Lester" - "Mançester Siti" oyunu noyabrın 18-i keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR