idman

Droqba: "Abramoviçlə konfliktə girmək mənasızdır"

  • 16 Nov 2017
  • 256 baxış

İngiltərə mətbuatı "Çelsi"nin baş məşqçisi Antonio Konte və klubun sahibi Roman Abramoviç arasında soyuqluq yarandığı haqqında məlumat yaymışdı. Qeyd olunurdu ki, rusiyalı iş adamı Kontenin bəzi futbolçularla konfliktə girməsindən narazıdır.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "zadəganlar"ın sabiq hücumçusu Didye Droqba bu məsələyə münasibət bildirib. Veteran futbolçu Abramoviçlə münasibətin korlanmasından zərər görən tərəfin məşqçilər olduğunu bildirib.

"Çelsi"nin o qədər də stabil olmadığını hər kəs deyir. Müasir futbolda elə məşqçi yoxdur ki, bir klubda 3-4 il qalsın. Bir dəfə Abramoviçdən soruşdum ki, son illər neçə məşqçini istefaya göndərib. O qeyd etdi ki, istefadan sonra əksər hallarda yaxşı nəticələr qazanılır. Buna görə klubun sahibinə tez-tez müraciət etməyə ehtiyac yoxdur. Onunla konfliktə girmək isə mənasızdır. Konflikt yaransa, baş məşqçini istefa gözləyir".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR