Bakıdan Qarsa gedəcək rahat sərnişin qatarlarının hazırlanması müzakirə olunub - FOTO
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler ilə görüş keçirilib.
/>
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən XalqTV.com-a verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.
/>
Sonra ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə Bakı-Tbilisi-Qars marşrutu üzrə gələcəkdə hərəkət edəcək sərnişin qatarları üçün "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub. Onu da qeyd edək ki, həmin vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur.
/>
"Stadler Rail Group" şirkətinin baş icraçı direktoru Peter Şpuler isə "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan və əlaqələrin genişlənməsindən məmnun qaldıqlarını bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
/>
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC İsveçrənin "Stadler Rail Group" şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. "Stadler Rail Group" şirkətindən "Minsk Stadler" zavodunda istehsal olunan "KİSS" markalı beş ədəd ikimərtəbəli elektrik qatarı alınıb, hazırda onlar Bakı-Sumqayıt-Bakı marşrutunda istismar olunur. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.
Yusif Nəsirli
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində