Millimizin oyunçusunun komandası tay-brekdə uduzdu
Qadın voleybolçular arasında Rusiya Superliqasında V tura yekun vurulub.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Kseniya Poznyakın kapitanı olduğu "Leninqradka" "Zariçye-Odintsovo"nin qonağı olub.
Qarşılaşma 5 set davam edib. Çempionatın lideri olan ev sahibləri ilk 2 hissədə qalib gəldikdən sonra "Leninqradka" status-kvonu bərpa etsə də, "Zariçye-Odintsovo" tay-breki hesabına yazıb - 3:2 (25:23, 25:19, 18:25, 19:25, 15:10). Poznyak matçda 6 xal toplayıb.
Beləliklə, V turun yekununa əsasən 1 xal qazanan "Leninqradka" 7 xalla 5-cidi. Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan "Dinamo"su 12 xala malikdi və 1-ci pillədə qərarlaşan "Zariçye-Odintsovo"dan 1 xal geri qalırlar.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində