idman

"Barselona"da qaldığına görə peşmandır

  • 15 Nov 2017
  • 256 baxış

Cari mövsümdə "Barselona"da heç bir oyunda şans qazanmayan Tomas Vermalen Kataloniya klubunda qaldığına görə peşmandır.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, belçikalı müdafiəçi İspaniya mətbuatına verdiyi açıqlamada yayda "Barsa"da qaldığına görə peşman olduğunu deyib:

"Bu yay "Barselona"da qalmağın yaxşı düşüncə olduğunu düşünmüşdüm, lakin indiki vəziyyətimi gördükdən sonra bunun pis fikir olduğunu anladım və peşman oldum. Klubumda bir dəqiqə belə şans qazanmasam da, Belçika kimi millidə oynadığıma görə çox şadam".

Xatırladaq ki, Vermalen "Barselona"ya 2014-cü ildə "Arsenal"dan 19 milyon avro qarşılığında transfer edilib. O, 3 il ərzində Kataloniya klubunun heyətində La Liqada cəmi 11 oyun keçirib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR