Siyasət
Berat Albayrak Bakıya səfər edəcək
Gələn ilin əvvəlində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycana rəsmi səfər edəcək.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.
"2018-ci ilin yanvar ayının əvvəlində Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda nazir Berat Albayrakın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir", - deyə o vurğulayıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
ŞƏRH YAZ
RƏYLƏR