idman

Evra: "Tanrıya and içirəm, futbola daha güclü qayıdacağam" - VİDEO

  • 14 Nov 2017
  • 254 baxış

Avropa Liqasının qrup mərhələsində baş tutan "Vitori Gimaraeş" - "Marsel" (1:0) matçından əvvəl fransalı azarkeşə ayaqla zərbə endirən Patris Evra klubdan qovuldu.

UEFA isə təcrübəli müdafiəçini mövsümün sonuna kimi futboldan kənarlaşdırdı. Buna baxmayaraq 36 yaşlı futbolçu karyerasını başa vurmaq fikrində deyil.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Evra İnstagram hesabında fiziki məşqlərindən videogörüntü yerləşdirərək bu sözləri yazıb:

"Bəzən həyat, həqiqətən, çətin olur. Amma həmişə gülümsəyib bu oyunu sevmək lazımdır. Tanrıya and içirəm, futbola daha güclü qayıdacağam. Hər zaman pozitiv olun. Tənbəlik etməyin. İndi sizin nə etdiyinizi bilmirəm. Mən maşın dartıram ki, fiziki baxımdan daha yaxşı olum. Mən gəlirəm, uşaqlar. Bu oyunu sevirəm!"

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" ya="" />

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR