Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın sərbəst güləş yarışlarının qaliblərini mükafat
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarının final qarşılaşmasına baxıblar.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">Trend-ə istinadən bildirir ki, IV İslam Həmrəyliyi Oyunlarında 125 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.
Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.
Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb.
Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində