İqtisadiyyat

Rusiya hökuməti Azərbaycandakı bankın səhmlərini aldı

  • 14 Nov 2017
  • 347 baxış

VTB Qrup Bank VTB-nin (Azərbaycan) səhmlərinin 99,99 faizinin alışı üzrə sövdələşməni yekunlaşdırıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, VTB Qrupa daxil olan "Bank VTB 24" "AtaHoldinq"in səhmlərinin 48,99 faizini alıb.

Belə olan halda, Bank VTB-nin (Azərbaycan) səhmləri Bank VTB (51 faiz) və "Bank VTB 24" (48,99 faiz) arasında bölüşdürülüb.

Bundan əvvəl VTB Qrupun baş ofisindən Trend-ə bildirmişdilər ki, səhmdarların tərkibində dəyişiklik Bank VTB-nin (Azərbaycan) fəaliyyətinə təsir etməyəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR