İqtisadiyyat

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

  • 14 Nov 2017
  • 334 baxış

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.

İşgüzar görüşdə sənayenin müxtəlif sahələrini təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.

Tədbir noyabrın 16-da Bakı Biznes Mərkəzində keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR