İsveç futbolçuları "Eurosport" şərhçilərinin üzərinə atıldılar - VİDEO - FOTO
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına çıxmaq hüququ uğrunda keçirilən İtaliya-İsveç "play-off" matçının sonunda maraqlı hadisə baş verib.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">"Report"a istinadən bildirir ki, hakimin iki oyunun nəticəsinə görə İsveçin qalibiyyətini elan edən final fitindən sonra Skandinaviya komandasının futbolçuları öz sevinclərini bölüşmək üçün canlı yayımda olan "Eurosport" telekanalının jurnalistləri tərəfə qaçıblar.
Şərhçilərin üzərinə atılan futbolçular efir üçün quraşdırılmış dayağı aşırıblar. Baş verənlər canlı yayımlanıb.
Noyabrın 13-də keçirilən matç zamanı İsveç futbolçuları iki oyunun nəticəsinə görə (1:0 və 0:0) İtaliyanı mübarizədən kənarlaşdıraraq dünya çempionatına vəsiqə qazanıblar.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin