SAĞLAMLIQ

Qara yemişan çayı və onun faydaları

  • 20 May 2017
  • 378 baxış

Qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuşundan hazırlanan çay eyni təsirə malikdir. Qara yemişan çayından il boyu istifadə etmək üçün onun meyvəsini və yarpaqlarını qurudub saxlamaq lazımdır. Bu çay adi çaya alternativ hesab edilə bilir, amma, onun tərkibində kofein olmur. Qara yemişanın müalicə məqsədilə mürəbbəsindən də istifadə edilir. Qara yemişan və onun yarpaqları orqanizmə aşağıdakı təsirləri göstərir:
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, qara yemişanın və onun yarpaqlarının tərkibində B1, C, PP vitaminləri , marqanes, və fosfor var. Toxumlarının və yarpaqlarının tərkibi təbii turşular, efir yağları, karotin, dublin və pektinlə zəngindir.
Tibbdə qara yemişan çayından aşağıdakı məqsədlərlə istifadə edilir:
* görmənin yaxşılaşması
* şəkərin aşağı düşməsi
* sidikqovucu
Qara yemişan çayı göz damarlarını genişdirməklə gözün qan dövranını yaxşılaşdırır və gözlərdəki yorğunluğu aradan qaldırır. Bu çay qanda şəkərin miqdarının normallşmasına səbəb olur, iltihab əleyhinə və sidikqovucu təsirə malikdir.
Çayın dəmlənməsi:
100 qram qurudulmuş qara yemişanın üzərinə 1 litr soyuq su tökülür və 10 dəqiqə qaynadılır. Yarpaqları isə adi çay dəmlənən kimi dəmlənir. Bu zaman yarpaqların üstünə qaynar su tökülür və dəmlənir. Qara yemişanın yarpaqlarını 15 dəqiqədən çox dəmləmək məsləhət görülmür.
Qara yemişanın müyvələrini və yarpaqlrını başqa bitki yarpaqları ilə dəqarışdırıb dəmləmək mümkündür. Onu ev şəraitində quruda və ya apteklərdən hazır şəkildə ala bilərsiniz.
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO