idman
"Çelsi"nin 120 milyonluq transfer planı
"Çelsi" qışda hücum xəttini gücləndirməyi planlaşdırır.
XalqTV.com qol.az-a istinadən yaydığı xəbərə görə, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan London təmsilçisi "İnter"in hücumçusu Mauro İkardini transfer etmək istəyir.
"Zadəganlar"ın bu keçid üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, 24 yaşlı argentinalı futbolçu 2013-cü ildən "İnter"də çıxış edir. İkardi bu mövsüm A Seriyasında keçirdiyi 12 oyunda 11 qol vurub. Onun xidmətində "Arsenal" və "Bavariya" da maraqlıdır.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR