idman

Uşu yarışında idmançılarımızın uğurlu çıxışları davam edir

  • 20 May 2017
  • 213 baxış

Mayın 20-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışının birinci günündə idmançılarımızdan daha ikisi yarımfinala vəsiqə qazanıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, Ruslan Pirəliyev (60 kq) dörddəbir finalda pakistanlı Abdullah Abdullahı 2:1 hesabı ilə məğlub edib.

Altmış beş kiloqram çəki dərəcəsində yarışan Bayram Şəmmədov isə iordaniyalı Yazid Hasanaini sınağa çəkib. Bu görüşdən 2:0 hesabı ilə qalib ayrılan döyüşçümüz medallar uğrunda mübarizəsini davam etdirir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR