idman

Qvardiolanın istəmədiyi həkim "Bayern Münhen"ə qayıdır

  • 13 Nov 2017
  • 224 baxış

Almaniyalı həkim Hans-Vilhelm Müller-Volfhart "Bayern Münhen"ə qayıdacaq.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 75 yaşlı mütəxəsis tibbi personalın işinə nəzarəti həyata keçirməklə öz sahəsinin müxtəlif işçiləri arasında qarşılıqlı münasibətləri təmin edəcək. Volfhart 40 il Münhen klubunda çalışandan sonra 2015-ci ildə istefaya göndərilmişdi. Bunun səbəbi təcrübəli həkimlə Qvardiola arasında meydana gələn kiçik konflikt olmuşdu.

Noyabrın 9-da mətbuatda "Bavariya"nın idman direktoru Hasan Salihamidjiçin həkim Folker Braunu istefaya göndərməsi xəbəri ortaya çıxdı. Folker Bundesliqanın 11-ci turunda "Borussia Dortmund"la oyundan öncə (3:1) David Alaba və Jerom Boatenqə səhv diaqnoz qoymaqla "qara siyahı"ya düşübmüş. Hər iki futbolçu əzələ ağrısından şikayətçi olub. Salihamidjiç Folkerin tibbi müayinə nəticələrinə şübhə ilə yanaşaraq Volfharta müraciət etmişdir. Nəticədə 44 yaşlı həkimin səhv nəticə çıxardığı müəyyənləşib. "Bavariya" Folker Braunun postunu şəxsi istəyi əsasında tərk etdiyini bildirmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR