idman

"Arsenal"ın yeni transfer Sançezi əvəz edə biləcək

  • 13 Nov 2017
  • 263 baxış

"Arsenal" fransız klubu "Lion"un yarım müdafiəçisi Nabil Fekiri transfer etməyə çox yaxındır.

XalqTV.com xəbər verir ki, "topçular" 24 yaşlı havbek uğrunda transfer savaşında "Mançester Yunayted", "Real Madrid" və "Barselona"ya qalib gəlməyi bacarıb. Bu transfer kluba 67 milyon avroya başa gələcək.

Hazırda Fekir "Lion" forması ilə çıxdığı 15 matçda 12 qol və 3 məhsuldar ötürmə etməklə komandanın ən yaxşılarından biridir.

Qeyd edək ki, "Arsenal" bu transferi reallaşdırarsa, komandadan getmək istəyən Aleksis Sançezi əvəzləyə biləcək.

Adil Nəcəfov
XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR