idman

Muarem Muarem yeni klubundan göndərilir

  • 13 Nov 2017
  • 245 baxış

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muarem hazırda çıxış etdiyi "Aktobe"dən göndəriləcək.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, "Aktobe"nin idman direktoru Maksat Tyumaliyev bildirib ki, yeni ildən makedoniyalı futbolçu da daxil olmaqla 5 əcnəbi futbolçu ilə yollar ayrılacaq. O, buna səbəb kimi, Muaremin istənilən səviyyədə çıxış etməməsini göstərib.

Qeyd edək ki, Muarem "Aktobe"yə bu ilin yayından "Qarabağ"la müqaviləsi başa çatdıqdan sonra keçib. O, qazax klubunun heyətində 15 oyun keçirib və 1 qol vurub. Bu qol isə Qazaxıstan çempionatından oktuabrın ən yaxşı qolu seçilib. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR