Siyasət

Azərbaycan prezidenti İraqın Baş nazirinə başsağlığı verdi

  • 13 Nov 2017
  • 340 baxış

İraq Respublikasının Baş naziri Zati-aliləri cənab Heydər əl-Abadiyə başsağlığı verib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Baş nazir,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR